Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-21 16:45:00
Qəbulla bağlı çox maraqlı statistik göstəricilər – Qizlar oğlanları nədə qabaqlayır?

 

 2019/2020-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə tələbə qəbulu DİM tərəfindən “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları”na əsasən aparılıb. 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul beş ixtisas qrupu üzrə aparılıb.

 

 I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı iki mərhələdən ibarət olub.

 

AzEdu.az DİM-ə istinadən xəbər verir ki, 2019|2020-ci tədris ilində I qrup üzrə sənəd verən abituriyentlərin 66.33%-ni oğlanlar, 33.67%-ni isə qızlar təşkil etmişdir. Bu qrup üzrə sənəd verən abituriyentlərin 24734 nəfəri (87.31%-i) ümumi təhsil məktəblərinin builki məzunları, 10nəfəri xarici ölkələrin vətəndaşları, 26 nəfəri ali təhsilli şəxslər, 479 nəfəri isə orta ixtisas məktəblərinin məzunları olub.

 

 II qrup üzrə sənəd verən abituriyentlərin 67.99%-ni oğlanlar, 32.01%-ni isə qızlar təşkil etmişdir. Bu qrup üzrə sənəd verən abituriyentlərin 12530 nəfəri (86.07%-i) ümumi təhsil məktəblərinin builki məzunları, 5 nəfəri xarici ölkələrin vətəndaşları, 15 nəfəri ali təhsilli şəxslər, 411 nəfəri isə orta ixtisas məktəblərinin məzunları olmuşdur.

 

 

  III qrup üzrə sənəd verən abituriyentlərin 29.52%-ni oğlanlar, 70.48%-ni isə q ızlar təşkil etmişdir. Bu qrup üzrə sənəd verən abituriyentlərin 18930 nəfəri (85.16%-i) ümumi təhsil məktəblərinin builki məzunları, 14 nəfəri xarici ölkələrin vətəndaşları, 50 nəfəri ali təhsilli şəxslər, 627 nəfəri isə orta ixtisas məktəblərinin məzunları olmuşdur.

 

 

IV qrup üzrə sənəd verən abituriyentlərin 27.97%-ni oğlanlar, 72.03%-ni isə qızlar təşkil etmişdir. Abituriyentlərin 4493 nəfəri (87.87%-i) ümumi təhsil məktəblərinin builki məzunları, 4 nəfəri xarici ölkələrin vətəndaşları, 29 nəfəri ali təhsilli şəxslər, 86 nəfəri isə orta ixtisas məktəblərinin məzunları olmuşdur.

 

 

 İmtahanlarda oğlanların ən yüksək nisbi sayı II ixtisas qrupunda (67.99%), qızların ən yüksək nisbi sayı isə IV ixtisas qrupunda (72.03%) olmuşdur.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları