Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-20 16:02:00
Doğma neftçi, bu gün sənin günündür!

Bu gün “Əsrin müqaviləsi”nin imzalanmasının 26-cı ildönümü tamam olur.

 

AzEdu.az xəbər verir ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (“Əsrin müqaviləsi”) ildönümü və neft-qaz sahəsində çalışan işçilərin peşə bayramı - Neftçilər günü kimi qeyd olunur.

 

SOCAR neftçilərin peşə bayramı münasibətilə qısa videoçarxı hazırlayıb.

 

“Əziz neftçi, sən şərəfli bir peşənin sahibisən. Sən həmkarlarınla çiyin-çiyinə çalışan sadiq dostsan, zəhmətlə ucalan fədakarsan, məğrur Vətən övladısan, Xəzəri ram edən qəhrəmansan.

 

Doğma neftçi, bu gün sənin günündür. 20 sentyabr peşə bayramın mübarək”, - deyə videoçarxda bildirilir.