Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-18 09:24:00
MDU-nun könüllü tələbələri “Könüllülər Kuboku”nda nailiyyət əldə ediblər - FOTOLAR

17 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə atletika idman növündən rayon və şəhərlər üzrə “Könüllülər Kuboku” yarışması keçirilib.

 

AzEdu.az xəbər verir ki, yarışın keçirilməsində əsas məqsəd könüllü təşkilatlarda fəaliyyət aparan gənclərin müntəzəm bədən tərbiyəsi və idmanla məşğul olmağa cəlb etmə, gənc könüllülər arasında sağlam həyat tərzi və idman vasitəsi iləsosial fəaliyyəti artırılmaq gənc könüllülər arasında idmanının inkişafı və könüllü idmanı üzrə beynəlxalq idman əlaqələrini möhkəmləndirmək, iştirakçılara vətənpərvərlik hisslərini aşılamaqdır.

 

Kubokda Mingəçevir Regional “ASAN Xidmət Mərkəzi, Gənclər Evi, Mingəçevir Turizm Kolleci, Mingəçevir Dövlət Universiteti və 10 saylı tam orta məktəbin könülləri iştirak etmişdir. Sonda 10 saylı tam orta məktəbin könülləri birinci yerdə, MDU-nun könüllü tələbələri ikinci yerdə, Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzi könüllüləri isə üçüncü yerdə finiş xəttini keçməyi bacarmışlar.

 

Yarışda I,II və III yеrləri tutmuş komandalar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan İdman Könüllüləri və Rayon (Şəhər) vəİdman (Baş) İdarəsitərəfindən müvafiq dərəcəli diplomlarla, xatirə hədiyyələri ilə təltif olunurlar.