https://www.zirve.edu.az/
16.09.2020 12:53
BMU-da I kurs magistr tələbələri üçün onlayn təlim keçirilib - FOTO

Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və İdarəetmə fakültəsinin təşəbbüsü ilə universitetə yeni qəbul olunan magistr tələbələri ilə onlayn formatda görüş keçirilib.

 

AzEdu.az yüzə yaxın magistr tələbəsinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dos. Mayis Əzizov yeni tədris ilində qarşıda duran əsas vəzifələrə toxunub, I kurs magistr tələbələrinə təhsil müddətində uğurlar arzulayıb.

 

 Sonra  fakültənin elmi işlər üzrə dekan müavini, i.ü.f.d Fərid Cəbiyev tələbələrə universitetin elektron sistemi və “Google Classroom” platforması haqqında təlim verib. F.Cəbiyev Tələbə Məlumat Sisteminin (my.beu.edu.az) üstünlüklərindən danışıb, elektron sistemin hər bir tələbə üçün əhəmiyyətli  olduğunu  bildirib.

 

Daha sonra tələbələrə sistemin modulları haqqında ətraflı məlumat verilib. Görüşdə dərslərin onlayn şəkildə keçiriləcəyi zaman “Google Classroom” platformasından istifadə qaydalarının detalları geniş müzakirə olunub.

 

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.