Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-13 16:09:00
“Yuxarı sinif şagirdləri COVID-19-u daha sürətli yayırlar”

ABŞ-ın Kaliforniya Universitetindən olan alimlər modelləşdirmə gedişində payızda, tədris ilinin başlanmasından sonra yuxarı siniflərə dərs deyən müəllimlər arasında koronavirus infeksiyasına yoluxma halının  kəskin şəkildə arta biləcəyi qənaətinə gəliblər. Tədqiqat "MedRxiv" saytında dərc olunub.

 

Mütəxəssislərin fikrincə, yuxarı sinif  şagirdlərinə (15-17 yaşlılar) dərs keçən müəllimlərini 40,7 faizi  COVID-19-a yoluxa bilər. Bu , onunla bağlıdır ki,  patogenlərin azyaşlı uşaqlar arasında yayılma faizi   yuxarı  sinif şagirdləri ilə müqayisədə daha aşağıdır.

 

Orta yaş qrupu üzrə şagirdlərin müəllimləri arasında yoluxma 37 faizdən bir qədər yüksək ola bilər.  Bununla yanaşı, ibtidai məktəb müəllimlərinin riskləri yalnız 4,1 faiz qiymətləndirilir. Alimlər hesab edirlər ki, orta və yuxarı siniflərdə  şagirdlərin sayı 10 nəfərdən çox olmamalıdır, ibtidai siniflərdə isə 20-yə qədər şagird ola bilər.

 

"İnfeksiyaya ən çox məruz qalma faizi, xüsusən də  diabet, piylənmə, ürək-damar patologiyası və başqa xroniki xəstəlikləri olan  60 yaşdan yuxarı müəllimlər arasında yüksəkdir"-deyə tədqiqatda bildirilib.  

 

Həkimlər arasında keçirilmiş rəq sorğularına əsasən, uzun müddət  eyni məkanda dərs prosesinə cəlb olunan müəllimlər, həqiqətən də  risk qrupuna daxildir.

 

www.medrxiv.org/https://azedu.az/az/content/10.1101/2020.08.06.20169797v1

 

Oruc MUSTAFAYEV