“Bir çox ixtisaslar üzrə plan yerləri ötən ilə nisbətən artıb”.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar şurasının sədri Məleykə Abbaszadə DİM-in facebook üzərindən olan canlı yayımı zamanı deyib.
O, həmin ixtisasları diqqətə çatdırıb:
“Bu il Dil və ədəbiyyat müəllimliyi ixtisası 30, ibtidai sinif müəllimliyi 110 , tarix müəllimliyi 75, təhsildə sosial-psixoloji xidmət 60, fəlsəfə 130, politalogiya,265 tərcümə 110, sənətşünaslıq üzrə 40 plan yeri artıb.Bu həm özəl, həm də dövlət ali təhsil məssisələrinə aiddi”