Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-09 10:35:00
Azərbaycanda oğlan şagirdlərin sayı qızlardan 100 min çoxdur

2020-2021-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1574206  şagirdin təhsil alacağı gözlənilir. 

 

Nazirlikdən AzEdu.az-a verilən məlumata görə, şagirdlərin ümumi sayından 733279 nəfəri qız,  840927 nəfəri isə oğlandır. Ümumtəhsil məktəblərinin I sinfində 165511, IX sinfində 132734, XI-XII-ci sinfində isə 85044 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

 

Proqnoz üzrə 2020-2021-ci tədris ilinin əvvəlinə respublikada 317 ibtidai məktəb, 783 ümumi orta məktəb, 3319 tam orta məktəb, 16 xüsusi tipli məktəb və 5 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 60  məktəb-lisey, 50 lisey, 15  gimnaziya və 14 inteqrasiya təlimli internat tipli gimnaziya olmaqla, ümumilikdə 4440 məktəbin  fəaliyyət göstərəcəyi gözlənilir.

 

Yeni tədris ilində 121696 uşağın ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında  təhsil alacağı proqnozlaşdırılır.