Azedu.az

DİM Cəlilabadın Ocaqlı kəndində buraxılış imtahanı verməli olan şagirdlərə müraciət edib

Dövlət İmtahan Mərkəzi

8 Sentyabr 2020, 09:36
DİM Cəlilabadın Ocaqlı kəndində buraxılış imtahanı verməli olan şagirdlərə müraciət edib

Dövlət İmtahan Mərkəzi sentyabrın 10-da Cəlilabad rayonu, Ocaqlı kəndi, 1 nömrəli tam orta məktəbdə buraxılış imtahanı verməli olan şagirdlərə müraciət edib. 

 

DİM-dən AzEdu.az-a verilən xəbərə görə, Ocaqlı kəndində olan hazırkı sanitar-epidemioloji vəziyyətlə əlaqədar həmin kəndin 1 nömrəli orta məktəbində keçirilməsi nəzərdə tutulan buraxılış imtahanı Cəlilabad rayonu, 1 nömrəli Sabirabad kənd orta məktəbində keçiriləcək: “Bu günə qədər imtahana buraxılış vərəqəsini çap etmiş şagirdlərdən xahiş olunur ki, DİM-in saytına daxil olub yenilənmiş “İmtahana buraxılış vərəqəsi”ni çap etsinlər. 

 

Sentyabrın 10-da Cəlilabad rayonu, Ocaqlı kəndi, 1 nömrəli tam orta məktəbdə imtahan verməli olan şəxslər, buraxılış imtahanını Cəlilabad rayonu, 1 nömrəli Sabirabad kənd orta məktəbində verəcəklər"

Azərbaycana narkotik gətirən əsas adam tutuldu - ANBAAN GÖRÜNTÜLƏR
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox