Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-02 14:39:00
DİM «Magistr» jurnalının 7-ci nömrəsini dərc edib

Jurnalın bu nömrəsində 2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbulun nəticələri dərc olunub.

 

AzEdu.az xəbər verir ki, jurnalda, həmçinin ixtisaslaşmalar üzrə minimal keçid balları və dövlət sifarişli yerlər üzrə müsabiqə nəticəsində alınmış keçid balları təqdim olunur. 

 

Jurnalın elektron versiyasını (pdf formatında) DİM-in saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).