Azedu.az

Vakant dövlət qulluğu vəzifələri üzrə müsabiqənin müsahibə mərhələsinə qeydiyyat davam edir

Maraqlı

Dövlət İmtahan Mərkəzi

22 Avqust 2020, 12:44
Vakant dövlət qulluğu vəzifələri üzrə müsabiqənin müsahibə mərhələsinə qeydiyyat davam edir

Dövlət qulluğunun A (inzibati rəhbər) və B növünə (inzibati icraçı) aid vakant inzibati vəzifələr üzrə avqustun 5-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinə qeydiyyat davam edir.

Müsahibədə iştirak üçün namizədlər sentyabrın 3-ü saat 18:00-dək Dövlət İmtahan Mərkəzinin (DİM) internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidirlər.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, müsahibəyə mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla inzibati dövlət qulluğu vəzifələrinin 4-7-ci təsnifatı üzrə A və B növünə aid olan ümumilikdə 46 dövlət orqanında 408 vakant vəzifə çıxarılıb.
Ümumilikdə müsahibəyə çıxarılmış 408 vakant vəzifənin 3-ü AB, 28-i AC, 70-i BA, 307-si isə BB vəzifə qrupuna aiddir. Müsabiqənin müsahibə mərhələsinə ən çox vəzifə mərkəzi icra hakimiyyəti orqanlarından Təhsil Nazirliyi (155 vəzifə), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (34 vəzifə) və Dövlət Turizm Agentliyi (18 vəzifə), məhkəmə orqanlarından isə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi (14 vəzifə), Şəki Apellyasiya Məhkəməsi (13 vəzifə) və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi (10 vəzifə) tərəfindən çıxarılıb.

 

 

Azərbaycana narkotik gətirən əsas adam tutuldu - ANBAAN GÖRÜNTÜLƏR
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox