https://www.zirve.edu.az/
14.08.2020 14:04
MİQ imtahanlarında "BİR" tələbə-könüllü dəstəyi

Müəllimlərinin işə qəbulu üzrə müsabiqənin Bakı və Sumqayıt şəhərlərində keçiriləcək test mərhələsinin təşkilində könüllü olmaq üçün 400-dən çox tələbə müraciət edib.

 

Sosial izolyasiya qaydalarına uyğun olaraq, müsabiqədə iştirak edəcək tələbə-könüllülərin seçimi onlayn müsahibələr vasitəsilə baş tutub. İlkin seçim mərhələsindən sonra keçirilən müsahibələrdə iştirak edən 189 nəfərdən  66-sı tədbirdə nəzarətçi qismində iştirak hüququ əldə edib.

 

Həmçinin, müsabiqənin test mərhələsində fəaliyyət göstərəcək tələbə-könüllülərə nümayəndələr tərəfindən təlimlər keçirilib. Təlimlər onlayn şəkildə müsabiqənin təşkilatçıları və “Bir” tələbə-könüllü proqramının koordinatorları tərəfindən keçirilib.

 

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə test imtahanlarının təşkilində hər il Təhsil Nazirliyinin tələbə-könüllüləri fəaliyyət göstərir.