Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-12 12:00:00
Müəllimlər 18-20 avqustda bu fənlər üzrə testdən keçəcəklər - MİQ müsabiqəsi

Avqustun 14-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start veriləcək.

 

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə 18-20 avqust tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanlarda iştirak edəcək namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndərilib.

 

 

Həmin tarixlərdə Azərbaycan dili və ədəbiyyat, Rus  dili və ədəbiyyat, Musiqi və Təsviri incəsənət fənləri üzrə test imtahanı keçiriləcək. Digər fənlər üzrə imtahan məlumatları növbəti günlərdə hissə-hissə mütəmadi olaraq şəxsi səhifələrə göndəriləcək.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları