https://www.zirve.edu.az/
09.06.2018 17:04
Rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçirilib
Çap et

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) üzrə onlayn sınaq imtahanları keçirilib.

AzEdu.az xəbər verir ki, DİM tərəfindən rezidenturaya qəbul olmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə qəbul imtahanının ikinci mərhələsi (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) üzrə onlayn sınaq imtahanları keçirilib.

Sınaq imtahanları 9 iyun 2018-ci il tarixində DİM-in Nəsimi rayonu, A. Salamzadə küç., 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçirilib. 1-ci növbə üzrə imtahan saat 10:00-da, 2-ci növbə üzrə isə saat 14:00-da başlayıb.

Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılıb.