Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-07 15:35:00
Bu müəllim namizədlər vakant seçimində iştirak edə bilməzlər – Qaydalar

Gələn həftədən etibarən MİQ müsabiqəsinin test imtahan mərhələsi start götürür. Müsabiqənin əsas mərhələlərindən biri də vakant yerlərin seçimidir.

 

Azedu.az bununla bağlı bilgiləndirici yazını təqdim edir:

 

Vakansiya seçimi mərhələsində aşağıdakı şəxslər iştirak edə bilərlər:

2018-ci ildə işə qəbul imtahan nəticəsi ilə builki müsabiqədə iştirak edən namizədlər;

Diaqnostik qiymətləndirilmə nəticəsi ilə builki müsabiqədə iştirak edən namizədlər;

Builki müsabiqədə test imtahanında iştirak etmiş namizədlər

Nəzərinizə çatdıraq ki, 2019-cu ildə müsabiqənin test imtahanı mərhələsində iştirak etmiş şəxslərə  vakansiya seçimi mərhələsində 2018-ci ildəki işə qəbul imtahanı nəticəsini seçmək hüququ veriləcək.

 Vakant yerləri builki və ötənilki müəllimlərin işə qəbulu imtahanlarında müvafiq keçid balı toplamış, həmçinin 10 ildən çox fasiləsiz olaraq müddətsiz müqavilə ilə ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmuş və 3 ildən az olmayan müddətdə işdən ayrılmış, diaqnostik qiymətləndirilmədə iştirak etmiş namizədlər seçə bilərlər.

Test imtahanlarının nəticələrinə əsasən keçid balı toplamış namizədlər elektron ərizələrində vakant yerləri seçəcəklər

Namizədlərin vakant yerlər yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikəri seçim ardıcıllığı gözlənilməklə aparılacaq. Elektron  yerləşdirmə zamanı vakant yer tutmuş namizədlər  müsabiqənin sonuncu-müsahibə mərhələsində iştirak hüququ qazanacaqlar.

Qeyd edək ki, 2019-2020-ci tədris ili üçün musiqi, təsviri incəsənət fənləri üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə keçid balı 30, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə keçid balı 42,  fiziki tərbiyə fənni üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 36, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə keçid balı isə 42 müəyyən edilib.

 Digər fənlər üzrə isə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 36, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə keçid balı 48 müəyyən edilib.