https://www.zirve.edu.az/
01.08.2020 15:57
Alimlər botoksun insan üçün faydalarını müəyyənləşdirdilər
Çap et

Botoks inyeksiyaları bədənin hansı nahiyəsinə vurulmasından asılı olmayaraq antidepressiv effektə malikdir.


AzEdu.az xəbər verir ki, bu barədə bir qrup amerikalı alimin “Scientific Reports” jurnalında dərc olunan məqaləsində bildirilib. 

 

Araşdırmaçılar 40 000-dən çox pasiyentdə botoksun yan təsirlərini təhlil ediblər. Həmin şəxslərə inyeksiyanı həm kosmetoloji, həm də tibbi (əzələ spazmları üçün) məqsədlərlə vurublar.


Araşdırmanın bütün iştirakçıları üçün eyni həkim göstərişli, lakin fərqli müalicə alan nəzarət qrupunda toplanılıblar. Məqsəd və bədən yerindən asılı olmayaraq, botoks yeridilən insanlarda depressiya və ya depressiv əlamətlər 40-88% daha az qeydə alınıb.


"Araşdırmanın nəticələri insanın əhvalına təsir edən və depressiya ilə mübarizə aparan yeni müalicə metodunu dəstəkləyir. Özü də bu, məhdud sayda müşahidələrə deyil, kütləvi məlumatlara əsaslanır”, - alimlər bildiriblər.