Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-28 15:09:00
III və IV qruplar üzrə 200 ballıq ixtisaslar və MÜSABİQƏ ŞƏRTLƏRİ – Abituriyentlərin diqqətinə

 

 

 

Ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarına daxil olan ixtisasları üzrə müsabiqə abituriyentin qəbul imtahanında (hər iki mərhələ üzrə birlikdə) topladığı ümumi bal əsasında aparılır. Müsabiqədə iştirak etmək üçün abituriyentlərin nəticələri aşağıdakı tələbləri ödəməlidir:

 

III ixtisas qrupu üzrə: Müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır. Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir: - Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır; - Aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır: AzEdu.az DİM-ə istinadən həmin ixtisasları təqdim edir:

1 Muzey, arxiv işi və abidələrin qorunması; 2 Sosial iş.

IV ixtisas qrupu üzrə: Müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır. Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir: - Dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır; - Aşağıda qeyd olunan ixtisas üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:

1 Ekologiya

 Aşağıda qeyd olunan ixtisaslar üzrə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər:

 2 Bağçılıq və tərəvəzçilik; 3 Baytarlıq təbabəti; 4 Bitki mühafizəsi; 5 Su bioehtiyatları və akvakultura

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları