Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-15 13:57:00
“Bu universitetlərimiz dünyanın güclü ali təhsil müəssisələri ilə eyni müstəvidə işlədi” – Nazirlik sözçüsü

 

 “Onlayn dərslər başlananda bütün dünyada olduğu kimi Azərbaycan təhsil mərkəzlərində də müəyyən çətinliklər yaşandı. Hətta dünyanın ən nəhəng ölkələri pandemiya ilə bağlı çox böyük problemlərlə qarşılaşdı. Onlayn təhsil nə qədər uğurlu aparılsa da, pandemiya dövründə vacib rolu olsa da, ənənəvi(üzbəüz) təhsilin yerini vermir. Bütün universitetlər onlayn təhsillə bağlı Microsoft Teams üzərindən dərslərə başladı. Şübhəsiz ki, müəyyən universitetlər bu müddətdən daha rahatlıqla çıxa bildi, çünki onların müvafiq bazaları, infrastrukturu vardı”.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri Təhsil Jurnalistlər Birliyinin onlayn konfransında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirdi. O, müəllimlər üçün onlayn resurslardan istifadənin vacibliyini də vurğuladı:

 

   “Ümumilikdə isə görüləcək xeyli işlərimiz var. Onlayn təhsillə bağlı qanunvericilik bazasının daha da təkmilləşməsi, onlayn əsaslı kurikulumların səmərəli formada dövriyyəyə gəlməsi üzərində işlənilməsi və s. işlər üzərində çalışılmalıdır. Həmçinin müəllimlərin təlimlərdən keçərək onlayn alətlərdən istifadə imkanlarının artırılması daha vacib məsələdir. UNEC, ADA, BANM, UFAZ və digər universitetlərimiz dünyanın inkişaf etmiş ali təhsil müəssisələri ilə eyni müstəvidə işlərini davam etdirdi. Bütövlükdə bu bizim üçün fors-major hal idi”.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları