Azedu.az

10 yaşlı məktəblinin selfi həvəsi faciə ilə bitdi

15 İyul 2020, 10:24
10 yaşlı məktəblinin selfi həvəsi faciə ilə bitdi

Effektli selfi çəkmək istəyi növbəti dəfə faciə ilə nəticələnib. Bu dəfə 10 yaşlı məktəbli həyatını itirib.

 

AzEdu.az xəbər verir ki, 5-tv.ru-nun məlumatına görə, hadisə Rusiyanın Leninqrad vilayətində baş verib.

 

Üçüncü sinif şagirdi olan məktəbli körpüdə dəmir yollarının fonunda şəkil çəkdirmək istəyib. Riskli selfi uğursuzluqla nəticələnib, uşaq yıxılıb.

 

Hadisə yerinə axtarış-xilasetmə bölməsinin əməkdaşları cəlb olunub. Məktəbli ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb, uşaq aldığı travmalardan həyatını itirib.

 

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox