Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-10 10:28:00
Şotlandiya Avropa İttifaqı üçün tətbiq olunan təhsil proqramını dayandırır

Şotlandiya hökuməti Avropa İttifaqı vətəndaşları üçün tətbiq olunan pulsuz təhsil proqramını dayandırır.

AzEdu.az xəbər verir ki, Təhsil naziri Riçard Loşhed Şotlandiya hökumətinin gələn ildən etibarən bu sistemi dayandıracağını açıqlayıb. Nazir bu qanunun hazırda təhsil alan tələbələrə şamil olunmadığını bildirib.

 

Hazırda Şotlandiyada 16 min Avropa İttifaqı vətəndaşı təhsil alır və Brexit səsverməsi zamanı pulsuz təhsilin davam etdiriləcəyi bildirilmişdi.

 

Ancaq Brexit keçid dövrünün dekabrın sonunda bitməsindən sonra bu proqramın davam etdirilməsinin hüquqi problem yaradacağını nəzərə alaraq dayandırılmasına qərar verilib.