Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-09 15:59:00
"Virtual məktəb"də psixoloji dəstək saatları təşkil olunacaq

Növbəti həftədən etibarən Psixologiya Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən təlimlərdən keçirilmiş məktəb psixoloqları şagird və valideynlər üçün psixoloji dəstək xidməti göstərəcəklər.

 

Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən AzEdu.az-a verilən məlumata görə, I-IV siniflər üçün bazar ertəsi və cümə, V-IX siniflər üçün çərşənbə axşamı və cümə axşamı, X-XI siniflər üçün bazar ertəsi və cümə günləri, həmçinin peşə seçimi və imtahan fobiyası istiqamətində çərşənbə günü olmaqla saat 12:00-da söhbətlər keçiriləcək. Valideyn və övlad arasında münasibət, uşaqlıq və yeniyetməlik dövrü, pandemiya dövründə psixoloji vəziyyət, peşə seçimi, imtahan fobiyası kimi müxtəlif mövzuları əhatə edəcək söhbətlərə "Virtual məktəb"in ümumi şagird qruplarında qoşulmaq olar.