Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-04 16:10:00
Professor peyvəndlərlə bağlı MARAQLI FAKTI AÇDI - 3 ilədək...

Oksford Universitetinin alimləri koronavirus əleyhinə peyvəndin daha sabit immunitet meydana gətirdiyini söyləyib.


Alimlər COVID-19 olan xəstələrin bədənində antikorlar ifraz olunduğunu deyib. Lakin onların səviyyəsi bir sıra amillərdən asılıdır, məsələn, xəstəliyin gedişatı asimptomatikdirsə, o zaman virusa qarşı zəif immunitet qazanılır. Bəzilərində antikorlar ümumiyyətlə əmələ gəlmir. Vaksini artıq insanlar üzərində sınaqdan keçirməyə başlayan alimlər hesab edir ki, süni immunitet insanı üç ilədək qoruya bilər.


Oksford Universitetinin professoru Sara Gilbert əlavə edib ki, ən azı bir neçə il immunitet güclü olacaq və belə görünür ki, təbii qazanılmış immunitetdən daha yaxşı olacaq.

 

Təcrübə iştirakçılarında antikor səviyyəsi koronavirusa yoluxanlara nisbətən üç qat yüksək olub.

 
"AstraZeneca"nın istehsal etdiyi dərmanın böyük sınaqlarında 8000-ə yaxın ingilis iştirak edib. (publika.az)