Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-04 10:57:00
"Yeni təhsil, tərbiyə və elm antologiyası"  kitabı çapdan çıxdı  

Deputat Etibar Əliyevin "Yeni təhsil, tərbiyə və elm antologiyası" (400 səhifə) kitabı əlavələr və təkrar redaktə ilə çapdan çıxdı.

 

AzEdu.az xəbər verir ki, kitabda görkəmli filosoflar, pedaqoqlar, Nobel mükafatı laureatları və nüfuzlu alimlər sırasında İmmanuil Kant, Artur Şopenhauer, Viktor Hüqo, Con Dyüi, Xose Orteqa-i -Qasset, Lüdviq Vitgenşteyn, Martin Haydeqqer, Yurgen Habermas, Bertran Rassel, Albert Eynşteyn, Ceyms Uotson, Riçard Feynman, Əbdüs Salam, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Firidun bəy Köçərli, Hüseyn Cavid, Həsən Quliyev, Qorxmaz Quliyev, Antonio Maçado, Jan Liotar, Qovard Qardner, Valter Benyamin, Əhməd Zevayl, Jan Piaje, Con Qudled və başqalarının əsərləri verilib və yaradıcılıqlarının təhlili haqqında məqalələr toplanıb. Adları çəkilən filosofların, pedaqoqların və elm adamlarının, demək olar ki, əksəriyyətinin əsərləri ilk dəfə dilimizə tərcümə olunaraq oxucuların ixtiyarına verilir. Başqa sözlə dahi İ. Kantdan postmodernistlərə qədər tanınmış fikir adamlarının yaradıcılıqları antologiyada yer alıb.

 

Şübhəsiz ki, görkəmli Azərbaycan mütəfəkkirlərinin əsərləri kitaba yeni məzmun verir.