Azedu.az

Hökumətlərarası Təqaüd Proqramlarına dair internet səhifəsi istifadəyə verilib

Təhsil Nazirliyi

3 İyul 2020, 12:35
Hökumətlərarası Təqaüd Proqramlarına dair internet səhifəsi istifadəyə verilib

Hökumətlərarası Təqaüd Proqramlarına (HTP) dair internet səhifəsi (//htp.edu.az) istifadəyə verilib. Məqsəd ictimaiyyətin HTP çərçivəsində müxtəlif ölkələr üzrə təhsilin müxtəlif səviyyələrində təqaüd proqramları ilə bağlı düzgün və mütəmadi məlumatlandırılmasını təmin etməkdir. 


AzEdu.az istifadəçilərin rahatlığını təmin etmək üçün yaradılmış yeni internet səhifəsi “HTP haqqında”, “Təqaüd ölkələri”, “Tələbələr”, “Məzunlar”, “Elektron xidmətlər” və “Əlaqə” bölmələrindən ibarətdir. Bu bölmələrə daxil olmaqla aidiyyəti üzrə ətraflı məlumat əldə etmək mümkündür. 


Həmçinin sözügedən internet səhifəsi mobil telefon və planşet istifadəçilərinin rahatlığı üçün də uyğunlaşdırılıb. Bununla yanaşı, HTP-nin "Facebook" səhifəsi də istifadəyə verilib. 

Bakı metrosu iflic vəziyyətə düşdü -Qatarlar niyə 30 dəqiqə dayandı?
Son xəbərlərDaha çox