https://www.zirve.edu.az/
03.07.2020 11:13
Pedaqoji kadrların ixtisasartırma təlimini həyata keçirənlər üçün vebinar təşkil olunub

Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzində (TİPİM) İxtisasartırma təlimini həyata keçirən pedaqoji kadrların potensialının gücləndirilməsi məqsədilə vebinar təşkil olunub.

 

Mərkəzdən AzEdu.az-a verilən məlumata görə, TİPİM-in direktoru Nəzakət Mehdiyevanın moderatorluğu ilə keçirilən vebinarda təlimçilik üçün vacib olan bacarıqlardan, əlavə təhsilin məzmunu, “MS Teams” platformasından istifadə qaydaları və s. haqqında danışılıb. Müzakirələr zamanı komanda ilə işləmək, ünsiyyət qurma, problem həlletmə kimi təlimçilik üçün mühüm bacarıqlar geniş şərh olunub.

 

Xatırladaq ki, təlimçilərin bilik və bacarıqlarının artırılması məqsədilə keçirilən vebinarlardan sonra müsahibələr aparılacaq və müəyyən kompetensiyalar əsasında təlimçilərin seçimi həyata keçiriləcək.