https://www.zirve.edu.az/
02.07.2020 15:02
Bakıda 53 şagird respublika fənn olimpiadasının qalibi olub
Çap et

2019-2020-ci tədris ilində keçirilən respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, 53 paytaxt məktəblisi qalib olub.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a verilən məlumata görə, ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 5 nəfər qızıl, 20 nəfər gümüş, 28 nəfər bürünc medal qazanıb.

 

Qeyd edək ki, olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, məktəblilərin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarının təmin edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasıdır.