Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-26 16:24:00
İkinci iş yerində işləmək istəyən müəllimlərin nəzərinə-Bunu etməlisiniz

Müddətli müqavilə ilə müəlllimlərin işə qəbulu prosesində  bu il və ötən il keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqəsinə qatılmış namizədlər müvafiq imtahan balı ilə iştirak edə bilərlər. Müəllimlərin işə qəbulu üzrə builki müsabiqədə iştirak edərək elektron ərizəsində vakansiya seçimi etməyən, vakansiya seçib ərizəsini təsdiqləməyən, vakansiya seçimi zamanı uğur qazanmayan, vakant yer tutub müsahibəyə gəlməyən, müsahibədə uğur qazanmayan, müsahibədə uğur qazanıb 28 avqust (I tur) və 4 sentyabr (II tur) tarixinədək tutduğu vakant yerdən imtina etdiyi barədə ərizə ilə İnsan Resursları Mərkəzinə müraciət edən şəxslər iştirak edə bilərlər.

 

İkinci iş yerində işləmək məqsədilə müddətli müqavilə ilə işə qəbul zamanı iştirak etmək mümkündür?

 

AzEdu.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki,  ikinci iş yerində işləmək məqsədilə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə yalnız müəllimlərin işə qəbulu üzrə ötənilki müsabiqədə uğur qazanmış namizədlər iştirak edə bilərlər.

 

Müddətli müqavilə ilə işə qəbul zamanı həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 30, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə isə musiqi, təsviri incəsənət və fiziki tərbiyə fənləri üzrə 42, digər fənlər üzrə 48 bal müəyyən edilmişdir.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları