Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-17 16:33:00
Xüsusi qabiliyyət tələb edən ixtisasların keçid balları açıqlandı

DİM xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər üçün “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2020-cu il 1 ci nömrəsini nəşr edib.

 

AzEdu.az  xəbər verir ki,  jurnalda bu ixtisaslar üzrə ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının yığcam xarakteristikası, ixtisaslar üzrə kadr hazırlığı aparan təhsil müəssisələri haqqında məlumatlarla yanaşı minimal keçid balları da açıqlanıb.

 

Ali təhsil müəssisələrinin aşağıdakı qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün minimal keçid ballarını təqdim edirik:

 

-Memarlıq ixtisası üzrə 200 bal


-Jurnalistika ixtisası üzrə 200 bal, ikinci mərhələ üzrə minimal 100 bal toplamaq şərti ilə


-Məşqçilik 75 (regionlar üçün 60)


-Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi 75 (regionlar üçün 60)


-Musiqi müəllimliyi 60 bal


-Təsviri incəsənət müəllimliyi 60 bal


-Dizayn (sahələr üzrə) 60 bal


-Dekorativ-tətbiqi sənət (sahələr üzrə) 60 bal


-İnstrumental ifaçılıq (sahələr üzrə) 60 bal


-Vokal sənəti (sahələr üzrə) 60 bal


-Dirijorluq (sahələr üzrə) 60 bal


-Bəstəkarlıq 60 bal


-Musiqişünaslıq 60 bal


-Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə) 60 bal


-Aktyor sənəti 60 bal


-Rejissorluq 60 bal


-Operator sənəti 60 bal


-Rəngarlıq 60 bal


-Qrafika 60 bal


-Heykəltaraşlıq 60 bal


-Xoreoqrafiya sənəti 30 bal