Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-02 17:02:00
“Abituriyentlərin bu universitetlərə marağı kəskin şəkildə azalıb” – Son illərdəki qəbul

“Əvvəlki illərdə Azərbaycan gəncləri daha çox Azərbaycan Texniki Universitetinə, Memarlıq və İnşaat Universitetinə meyl edir, Kənd Təsərrüfatı Akademiyasında oxumağa can atırdılar. İndi isə bu, köklü şəkildə dəyişib”.

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O, insanların təhsil tələbatıın ötən illərlə müqayisədə xeyli dəyişdiyini bildirib:

“Azərbaycan insanı hər dövrdə əmək bazarının tələbatına uyğun olan ixtisas seçimi edib. Əgər sovetlər dönəmində daha çox kənd  təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq ixtisaslarına qəbul olmağa üstünlük verirdilərsə , indi bu dəyişib. İndi isə yüksək bal toplayan abituriyentlər hüquq, tibb kimi ixtisasları seçirlər. Məhz buna görə də, I ixtisas qrupu üzrə daha az bal toplayan abituriyentlər qəbul olmağa imkan tapır. Amma III və IV ixtisas qrupu üzrə prestijli ixtisaslara qəbul olmaq istəyən abituriyentlər daha çox bal toplamalıdırlar. Çünki onlara tələbat çoxdur”.

O, tələbə sayında kəskin azalma müşahidə olunan və öz nüfuzunu qoruyub saxlaya bilən universitetlərin adlarını açıqlayıb:

“Əvvəlki illərdə Azərbaycan gəncləri daha çox Azərbaycan Texniki Universitetinə, Memarlıq və İnşaat Universitetinə meyl edir, Kənd Təsərrüfatı Akademiyasında oxumağa can atırdılar. İndi isə bu, köklü şəkildə dəyişib. Amma Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisadiyyat Universiteti öz nüfuzunu qoruyub saxlaya biliblər. Özəl universitetlər isə həmişəki kimi, az müraciət olunan təhsil ocaqlarıdır”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları