Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-12 16:25:00
DİM məzunları “Son zəng” günü münasibəti ilə təbrik etdi

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin kollektivi bütün məzunları “Son zəng” günü münasibəti ilə təbrik edib:

 

“Bu gün 2019-2020-ci tədris ilinin məzunları üçün  virtual "Son zəng" çalınıb

İnsan həyatında elə günlər var ki, ömür boyu unudulmur. Bu yaddaqalan, hər an xatırlana biləcək günlərdən biri də “Son zəng” günüdür.

 

Bu tədris ilinin məzunları üçün son zəng ötən illərdən fərqli olaraq virtual səsləndirilib. Təbii ki, məzunların “Son zəngi” öz arzuladıqları formada keçirə bilməməsi hər kəsi məyus edir. Çox təəssüf ki, biz pandemiyanın gətirdiyi yeni bir reallıqla barışmaq məcburiyyətindəyik. Bu gün bizim əsas məqsədimiz insanların sağlamlığını qoruyub saxlamaq olmalıdır.

 

Qeyd edək ki, bu il respublikamızın ümumtəhsil məktəblərinin XI siniflərini 80 mindən artıq şagird bitirir. Sevindirici haldır ki, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən abituriyentlərin sayı bu il daha çoxdur.

 

Abituriyentin elektron ərizəsini təsdiq etmiş şəxslərdən 67 mindən çoxu bu ilin məzunlarıdır.

 

Arzu edirik ki, ali məktəblərə qəbul olmaq üçün sənəd verən abituriyenlərimiz tələbə adına layiq görülüb öz əməlləri ilə Vətənimizin, təhsilimizin adını həmişə zirvələrə ucaltsınlar.

 

Əminik ki, əldə etdiyiniz bilik və bacarıqlar, dəyərlər sizə seçdiyiniz həyat yolunda töhfə verəcək.

Dövlət İmtahan Mərkəzinin kollektivi adından bir daha bu əziz gün münasibətilə bütün məzunları təbrik edirik”.