Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-12 14:39:00
Tanınmış mətbuat katibini qızı Türkiyənin məşhur universitetinə qəbul oldu

Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Elnur Kələntərovun qızı Türkiyənin Özyeğin Universitetinə qəbul olub.

 

AzEdu.az xəbər verir ki, bu barədə Elnur Kələntərovun özü şəxsi “facebook” hesabında məlumat verib.

 

O, eyni gündə həm son zəng , həm də tələbə adını qazanan qızı Rübabə Kələntərovanı bu münasibətlə təbrik edib:

 

“Rübabə, axır ki, 2 arzuna birdən çatdın, həm məktəbi bitirdin, həm də universitetə qəbul oldun. Son zəng sevinci ilə tələbə adını qazanmağını birgə yaşayırsan. Təbrik edirəm. Daxil olduğun ali məktəbi savadlı kompüter proqramları mühəndisi olaraq bitirməyini, dövlətimizə, xalqımıza, millətimizə layiqli və xeyirli vətəndaş olaraq, uca zirvələrə qalxmağını arzulayıram. Arzu edirəm ki, Azərbaycanımızı dünyada layiqincə təmsil edəcək mütəxəssislərdən olasan! Zirvələr səni gözləyir, qızım!”