Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-05 10:00:00
Təhsil naziri əmr imzaldı - Yeni şura yaradıldı

Təhsil naziri Ceyhun Bayramov Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının yaradılması haqqında əmr imzalayıb.

 

AzEdu.az xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, Şura dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin sertifikatlaşdırılmasının təşkili məqsədilə yaradılıb.

 

Şuranın sədri Təhsil nazirinin müavini Məhəbbət Vəliyevadır.

 

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli, 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na uyğun olaraq aidiyyəti tədbirlərin icrasını və bu əmrdən irəli gələn məsələlərin həllini təmin edəcək.