Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-27 17:26:00
UNEC-də yaz imtahan sessiyasının qaydaları təsdiqlənib

UNEC-dən AzEdu.az-a verilən məlumata görə, qaydalara əsasən, imtahan sessiyası iyunun 8-dən iyulun 7-dək keçiriləcək.

 

Yaz imtahan sessiyasında imtahan vermək üçün bakalavr və magistrantlara 3 seçim imkanı verilir. Bütün imtahanlar distant formada keçirilir.

 

Təhsil alanlara onların fərdi müraciətləri əsasında cari ilin avqust – sentyabr aylarında ənənəvi üsulla imtahan təşkil edilir. İmtahandan öncə istəklərinə uyğun olaraq tələbələrə 3-4 həftə ərzində Bakı şəhərində ənənəvi üsulla ödənişsiz icmal mühazirələr təşkil edilir. Bununla bağlı tələbələrin müraciətləri iyunun 5-dək qəbul edilir.

 

Növbəti tədris ilində ödənişsiz qaydada fənləri alt qruplarda ənənəvi qaydada dinləmək və imtahan vermək imkanı yaradılır. Bununla bağlı tələbələrin müraciətləri iyunun 5-dək qəbul edilir.