Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-26 16:50:00
Ölkəmiz dünya alimlərinin Konqresində təmsil olunacaq

Bu ilin 15-16 avqust tarixlərində İspaniya Krallığının Barselona şəhərində “İnsan resursları, davamlı inkişaf və ictimai elmlərin innovativ inkişafı” üzrə dünya alimlərinin III Beynəlxalq Elmi Konqresi keçiriləcək.

AzEdu.az xəbər verir ki, dünyanın 96 ölkəsini təmsil edən 300-ə qədər alim və tədqiqatçının iştirak edəcəyi mötəbər elmi tədbirdə ölkəmiz də təmsil olunacaqdır. Azərbaycanı bu beynəlxalq elmi tədbirdə ölkəmizin Elm üzrə Prezident mükafatçısı, YAP Gəncə şəhər təşkilatının sədr müavini Elnur Həsənov təmsil edəcək.

Gənc tədqiqatçı “Böyük İpək yolu üzərində yerləşən şəhərlərdə çoxəsrlik multikultural dəyərlərin təşəkkülü” mövzusunda ingilis və ispan dillərində məruzə ilə çıxış edəcək.

Beynəlxalq tədbirdə dünya alimlərinin, xüsusilə də ictimai və humanitar elmlər sahəsində çalışan tədqiqatçıların qarşılıqlı əməkdaşlığı, elmi istinad göstəriciləri haqqında interaktiv müzakirələrin keçirilməsi nəzərdə tutulur.

Qeyd etmək lazımdır ki, E.Həsənov ölkəmizdə 35 yaşa qədər alimlər və mütəxəssislər arasında impakt faktorlu elmi nərşlərdə ən çox əsərləri dərc olunmuş mütəxəssisdir və onun elmi işlərinə yerli, həmçinin xarici alimlər tərəfindən 517 dəfə istinadlar edilib.