Azedu.az

DİM qeyri-iş günlərində də abituriyentləri qəbul edir-Yalnız bir şərtlə

26 May 2020, 11:22
DİM qeyri-iş günlərində də abituriyentləri qəbul edir-Yalnız bir şərtlə

Dövlət İmtahan Mərkəzində vətəndaşların qəbulu şənbə, bazar və bayram günləri istisna olmaqla saat 09:30-dan 17:00-dək DİM-in Bakı şəhərində yerləşən inzibati binalarında və rayonlarda yerləşən regional bölmələrində Mərkəzin internet saytı vasitəsilə əvvəlcədən onlayn növbə götürməklə həyata keçirilir.

 

AzEdu.az xəbər verir ki, buna baxmayaraq, qeyri-iş günlərində elektron ərizə vermək istəyənlər nəzərə alınıb.

 

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün elektron ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirməli olanlar onlayn növbə götürməklə qeyri-iş günləri olan 23, 29, 30 may tarixlərində də  müvafiq sənəd qəbulu komissiyasına yaxınlaşa bilərlər.

 

Qeyd edək ki, vətəndaşların qəbulu koronavirus (COVID-19) infeksiyasnın profilaktikasına dair metodiki göstərişlərə uyğun təşkil edilir. Bunun üçün vətəndaş qəbulu mərkəzlərində təlimata uyğun müvafiq şərait yaradılıb. Tibbi maskasız müraciət edənlərin qəbulu həyata keçirilmir.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox