https://www.zirve.edu.az/
25.05.2020 10:46
Gəncə Dövlət Universitetinin sabiq dekan müavininin məhkəməsi başlayıb
Çap et

Gəncə Ağır Cinayətlər Məhkəməsində Gəncə Dövlət Universitetinin sabiq dekan müavini Yusifov Anar İdris oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

AzEdu.az-ın məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin hazırlıq iclasının davamı isə iyunun 3-nə təyin edilib. 

Qeyd edək ki,  Gəncə Dövlət Universitetin pedaqoji fakültəsinin dekan müavini Yusifov Anar İdris oğlu dələduzluqda və rüşvət vermədə təqsirləndirilir.

Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 312-ci (rüşvət vermə) maddələri ilə cinayət işi başlanılıb.

Gəncə Dövlət Universitetinin rektorunun müşaviri Asif Cavadov  bildirib ki, A. Yusifov barəsində cinayət işi başlanandan sonra dekan müavinliyindən azad olunub: “O, hazırda universitetdə Bədən Tərbiyəsi kafedrasında müəllim kimi çalışır”. (apa)