Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-22 13:46:00
BDU-da “Riyaziyyat, mexanika və onların tətbiqləri” mövzusunda virtual elmi konfransı başa çatıb  

 

Bakı Dövlət Universitetində (BDU) Mexanika-riyaziyyat fakültəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Riyaziyyat, mexanika və onların tətbiqləri” mövzusunda respublika virtual elmi konfransı ikinci günü ilə işini davam etdirib.

 

BDU-dan AzEdu.az-a bildirilib ki, 2 bölmədə iclasları davam etdirən konfransda Riyazi analiz kafedrasının professoru Sadiq Abdullayevin “Nekotorıe oçenki dlya sledov”, İdarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrasının müdiri, professor Hamlet Quliyevin “İssledovanie odnoy obratnoy zadaçi s metodami optimalnoqo upravleniya dlya elliptiçeskoqo uravneniya vtoroqo poryadka”, Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrasının müdiri, dosent Yusif Sevdimalıyevin “İrsi elastiki çubuğun istismar resurslarının qiymətləndirilməsi”, İdarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrasının professoru Şakir Yusubovun “Beştərtibli hiperbolik tənlik üçün bir sərhəd məsələsinin korrekt həll olunması haqqında”, Diferensial və inteqral tənliklər kafedrasının dosenti Şirmayıl Bağırovun “Zaman arqumentinə nəzərən periodik əmsallı ikinci tərtib yarımxətti parabolik tənliyin müsbət qlobal həllinin varlığı”, magistrant Aydan Qulamlının “On the application one simple method with the fractional steps to solving Volterra integro-differential equation”, magistrant Aytac Nəbiyevanın “Üç birtərtibli adi diferensial tənliklər sistemi üçün yarimoxda səpilmə məsələsi” adlı məruzələr iştirakçıların marağına səbəb olub.

 

Qeyd edilib ki, iki gün davam edən konfransda 50-yə yaxın məruzə dinlənilib. Konfransın bağlanışında Mexanika-riyaziyyat fakültəsinin dekanı, professor Nizaməddin İsgəndərov konfransın işini yüksək qiymətləndirərək tətbiqi xarakterli təqdimatlarla bağlı təkliflər hazırlanması ideyasını irəli sürüb.

 

 Konfransın moderatoru, Hesablama riyaziyyatı kafedrasının dosenti Elvin Əzizbəyov iştirakçılara statistik məlumatları təqdim edərək tələbələri gələcəkdə də bu tip konfranslarda aktiv iştiraka səsləyib. “Microsoft Teams” platforması üzərindən təşkil olunmuş Respublika elmi konfransı sualların cavablandırılması ilə işini yekunlaşdırıb.