https://www.zirve.edu.az/
18.05.2020 13:12
Fransada karantindən sonra açılan  məktəblər yenidən bağlandı
Çap et

Fransanın bir neçə regionunda koronavirusa yoluxma halları ilə əlaqədar 50-dən çox məktəb yenidən bağlanıb.

 

 Məlumata görə, Nitsa şəhərində məktəblərdən biri 11 yaşlı şagirdin koronavirus testi müsbət nəticə verdikdən sonra bağlanıb.

 

Bundan başqa, Puatu-Şaranta regionunda, Dordon departamentində onlarla məktəb fəaliyyətini dayandırıb.

 

 Qeyd edək ki, Fransada məktəblər mayın 11-dən etibarən mərhələli şəkildə və müəyyən məhdudiyyətlərlə açılmağa balşayıb.

Trend.az