Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-07 11:18:00
Kurikulum üzrə qəbul tipli suallar-Müəllimlərin nəzərinə 

AzEdu.az MİQ müsabiqəsinə hazırlaşanlara kömək məqsədi ilə kurikulum üzrə qəbul tipli  sual nümunələrini  təqdim edir.

Sualları kurikulum təlimçisi Mahir Əhədov  tərtib edib.

 

Üzrsüz səbəbdən KSQ-də iştirak etməyən şagirdin həmin KSQ üçün qiyməti necə müəyyən olunur?

A)Növbəti KSQ-yə kimi iştirakı təmin olunmaqla

 B) Bölmə üzrə mövzularda göstərdiyi formativ qiymətləndirmə nəticələrinə əsasən

C) Pedaqoji şuranın qərarına əsasən

D)Mövcud KSQ-yə kimi keçirilmiş digər KSQ-lərin ədədi ortası tapılaraq

E) Qiymət olaraq 0 verməklə

 

Müəllim şagirdlərə idmanla məşğul olmağın və zərərli vərdişlərdən uzaq durmağı insan sağlamlığında əhəmiyyəti ilə bağlı tapşırıq verir. Bu tapşırıq hansı bacarığın inkişafına yönəlib?

  1. Yaddaş
  2. Məntiqi təfəkkür
  3. Tənqidi təfəkkür
  4. Yaradıcı təfəkkür
  5. Hər üç təfəkkür

 

Nuray rəqs dərslərində müəllimin göstərdiyi hərəkətləri baxıb icra edir, lakin evdə eyni hərəkətləri edə bilmir. Şagird psixomotor olaraq hansı səviyyədə problem yaşayır?

  1. Hazırolma
  2. Təqlidetmə
  3. Mexanizmləri mənimsəmə
  4. Mükəmməl icra
  5. Uyğunlaşma

 

Mahir Kimyadan verilən reaksiya tənlikləri ilə bağlı məsələləri evdə həll etmədiyini xatırlayır və mən tapşırıqları evdə unutmuşam deyərək yalan danışır Müəllim isə bunun yalan olduğunu hiss edir. Bu müəllimin hansı pedaqoji bacarığından irəli gəlir?

  1. Didaktik
  2. Kommunikativlik
  3. Perseptiv
  4. Suqqestiv
  5. Ekspressiv

 

Müəllim şagirdlərə tapşırıq verir, amma həmin tapşırıqları yerinə yetirmək üçün lazımi mənbə ilə təmin etmir, nəticədə şagirdlər tapşırıqları işləməkdə çətinlik çəkirlər. Bu hal fəal təlimin hansı mexanizminin pozulmasıdır?

  1. Problemli vəziyyətin yaradılması
  2. Dialoq və əməkdaşlığın zəruriliyi
  3. Müəllim bələdçi, şagird tədqiqatçı
  4. Psixoloji dəstək:hörmət və etibar
  5. Fikrin təhrik edilməsi

 

Üsullardan biri şagirdlərdə daha çox tənqidi təfəkkürü inkişaf etdirməklə əşya, hadisə və şəxs haqqında mövqe ortaya qoymağı tələb edir:

  1. Klassik dialoq
  2. BİBÖ
  3. Klaster
  4. Karusel
  5. Söz assosiasiyaları

 

Rəsm dərsində müəllim lövhədə alma və armudun şəklini çəkir  və uşaqlara da lövhədəki meyvələri baxıb çəkmələrini tapşırır. Bu şagirdlərin hansı bacarığının inkişafına yönəlib?

  1. Yaddaş
  2. Məntiqi təfəkkür
  3. Yaradəcı təfəkkür
  4. Tənqidi təfəkkür
  5. Hər biri

 

Formativ qiymətləndirməyə aid olmaz:

  1. Şagirdin fəaliyyətini qiymətləndirir
  2. Şagirdin nailiyyətini qiymətləndiri
  3. Məzmun standartları əsasında aparılır
  4. Təlimi səmərəli istiqamətləndirməyə imkan yaradır
  5. Dərsin təlim nəticələrindən çıxarılmış qiymətləndirmə meyarları əsasında aparılır

 

Uzunluğu 10 sm, eni isə 5 sm olan düzbucaqlının sahəsini hesablmaq hansı bacarıqdan irəli gəlir?

  1. Yaddaş
  2. Məntiqi təfəkkür
  3. Tənqidi təfəkkür
  4. Yaradıcı təfəkkür
  5. Hər biri