Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov magistraturaya qəbulun nəticələri ilə bağlı rəsmi feysbuk hesabında paylaşım edib.
AzEdu.az xəbər verir ki, magistraturaya qəbulun nəticələri UNEC üçün uğurlu olub.
Onun sözlərinə görə, universitet üzrə plan yerlərinin 98,7 faizi dolub:
"Bu göstərici magistratura səviyyəsində (MS) 99,2 faiz, MBA proqramları üzrə isə 98,2 faiz təşkil edib.
Ötən illə müqayisədə UNEC-ə magistraturaya qəbul olunanların sayı 6 faiz artıb. Ölkə üzrə magistraturaya qəbul olunan tələbələrin 19,01 faizi UNEC-in payına düşür".