Azedu.az

Müəllim sirkə turşusundan zəhərləndi

Müəllimlər və elm adamları

30 İyul 2026, 09:05
Müəllim sirkə turşusundan zəhərləndi

Goranboy rayonunda müəllim sirkə turşusundan zəhərlənərək ölüb.

AzEdu.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə rayonun Borsunlu kəndində qeydə alınıb.

Belə ki, Ofelya Musayeva sirkə turşusundan zəhərlənmə diaqnozu ilə ağır vəziyyətdə xəstəxanalardan birinə yerləşdirilib. Ona lazımi tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, mərhum Borsunlu kənd tam orta məktəbində rəsmxət fənnini tədris edirdi.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Azərbaycanda SKANDAL OLAY: 15 yaşlı qızla evlənən şəxs HƏBS EDİLDİ
Son xəbərlərDaha çox