Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb.
Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Universitetin fəaliyyətinin dayandırılmasından sonra tələbələrin təhsilini harada davam etdirəcəyi ilə bağlı suallar yaranıb.
Nazirlikdən bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"nın 4.37-ci bəndinə əsasən, Bakı Qızlar Universitetində təhsil alan tələbələrin təhsilinin fasiləsizliyinin və təhsil hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə ixtisaslarına uyğun köçürülməsi təmin ediləcək.
Qeyd edək ki, Bakı Qızlar Universitetinin institusional və proqram akkreditasiyası üzrə tələblərə cavab vermədiyi müəyyən edildiyi üçün fəaliyyəti dayandırılıb.