https://www.zirve.edu.az/
24.04.2020 14:15
Qərbi Avropada ilk olaraq bu ölkədə MƏKTƏBLƏR AÇILDI - FOTOLAR
Çap et

Keçdiyimiz həftə Danimarkanın Logumkloster bölgəsinin tədris müəssisələrindəki 350 şagird bir aydan sonra ilk dəfə məktəblərə geri qayıtdı.

 

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, bununla da Danimarka Qərbdə koronavirus pandemiyası dövründə məktəbləri açan ilk ölkə oldu.

 

Hökumətin yüzlərlə şagirdi məktəblərdə təkrar bir araya gətirməsi cəsur bir addım olsa da, ancaq bütün dünyanın nələrin baş verəcəyini diqqətlə izləməsi də bir həqiqətdir.

 

Bir aylıq karantin  dövründən sonra Logumkloster bölgəsində yaşayan şagirdlər üçün yenidən məktəbə qayıtmaq, əlbəttə, həyəcanverici bir təcrübə oldu. Ancaq bu məktəbdə işlər bir az qəribədir…

 

Virusun yayılmasını əngəlləmək üçün valideynlərin məktəbə - siniflərə daxil olmasına icazə yoxdur. Həmçinin, müəllimlərin bir araya gəlməsi də qadağandır.

 

Artıq siniflərdə hər şagirdin özünə aid partası var və bu stollar ən yaxın sinif yoldaşından iki metrə qədər uzaqlıqda yerləşir.

 

Tənəffüsdə uşaqlar sadəcə kiçik qruplar şəklində oynaya bilirlər. Məktəb saat ikidə bağlanana qədər şagirdlər ən azı hər saat başında əllərini yumaq məcburiyyətindədirlər.

 

Məktəbin hər tərəfində şagirdlərin bir-birlərindən nə qədər məsafədə uzaq durmalarını göstərən işarələr mövcuddur. Əlləri yumaq demək olar ki, məktəbin əsas qaydalarından birinə çevrilib.

 

Logumkloster məktəbinin kitabxanası isə hələ də bağlıdır, müəllimlər dərsləri bacardıqları qədər açıq havada keçməyə çalışırlar. Şagirdlər məktəb binasına tək girişdən deyil, siniflərin olduğu yerə bağlı fərqli qapılardan daxil olmalıdırlar.

 

Qeyd edək ki, bu dəyişikliklərin hər biri Danimarka hökuməti tərəfindən idarə olunur, ancaq tətbiq edilən bu qaydaların nə qədər davam etməsi isə məchuldur, bir həftə, yaxud 2 ay da çəkə bilər.