Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-23 11:38:00
"Koronavirusdan qəbul imtahanına sualların salınması yolverilməzdir"- Şura sədrindən ETİRAZ

Ötən gün onlayn keçirilən mətbuat konfransında DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qəbul imtahanlarına biologiya fənni üzrə koronavirusla bağlı sualların salınacağını bildirdi.

 

Bu qərar təhsil işçiləri arasında düzgün hesab edilməyib.

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov bunu yolverilməz səhv hesab edir.

 

“Koronavirusdan qəbul imtahanlarına  sualların salınması yolverilməzdir. Çünki orta məktəb bilikləri öyrədir. Bilik isə tarixin süzgəcindən keçmiş elmi nəticədir. Yəni o biliklər elmi nəticə kimi 100-200 il bundan qabaq kəşf olunub və tarix, zaman onun düz olduğunu bir daha sübut edib.  Tarix həmin faktları  sübut etdiyinə  görə  indiki zamanda dərsliklərə salınır, şagirdlərə öyrədilir.  Amma koronavirus bizim dərsliklərdə yoxdur. Dərslikdə olamayan məlumatları şagirdlərdən soruşmaq pedaqoji baxımdan da düzgün deyil. 

 

 Son illər koronavirusla bağlı biliklər toplanıla bilər.  Amma bu da mümkün olmayacaq, ona görə ki, bu virus tarixdə cəmi bir dəfə baş verib və bundan sonra nə vaxtsa baş verəcəyi məlum deyil.  Elm isə daim təkrarlanan şeyləri öyrənir. Koronavirus pandemiyasının təkrarlanmasının ehtimalı var, amma nə vaxt olacaq bu məlum deyil.  Belə bir qeyri- məlum prosesi şagirdlərdən soruşub onları qiymətləndirmək düzgün deyil”. 

 

Qeyd edək ki, bu məsələ abituriyentlər arasında da narahatlıq doğurub.