Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-26 13:48:00
Növbəti dəfə 12 mindən çox müəllim sınağa çəkiləcək - FOTOLAR

Azərbaycan Texniki Universitetinin idman zalında təşkil ediləcək müəllimlərin bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirilməsi ilə bağlı mediatur keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə mayın 26-dan iyunun 2-dək davam edəcək diaqnostik qiymətləndirmədə respublikanın ümumi təhsil müəssisələrində çalışan 19 minədək müəllimin iştirakının nəzərdə tutulduğunu deyib. Diqqətə çatdırılıb ki, ibtidai sinif müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi mayın 26-27-də, digər fənləri tədris edən müəllimlərin diaqnostik qiymətləndirilməsi isə mayın 29-dan iyunun 2-dək keçiriləcək.

Vurğulanıb ki, diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən, müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər. Qiymətləndirməyə ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər də qatılacaqlar.