Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-18 12:06:00
Peşə məktəblərinin tələbələrinin də təhsil haqqı ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev karantin dövründə dövlətin əhaliyə göstərdiyi dəstək paketi çərçivəsində tələbələrlə bağlı yardım haqda da danışıb. 

 

AzEdu.az-ın verdiyi xəbərə görə, S.Babayev Aztv-də çıxışı zamanı bildirib ki, xüsusi həssas təbəqədən olan ailələrə dəstək proqramında aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqının ödənilməsi də nəzərdə tutulub: “Bu proqram üçün 40 milyon manat vəsait ayrılıb. Burada 10 minlərlə tələbənin təhsil haqqının ödənilməsi nəzərdə tutulur. Ailə təhsil müəssisələrində təhsil alan 17 min tələbənin təhsil haqqı ödənilməsi nəzərdə tutulmuşdu. Artıq peşə təhsil müəssisələrində təhsil alan tələbələrin də təhsil haqqları ödəniləcək. Bu rəqəmlər tam dəqiqləşdiriləcək, ilkin olaraq, ümumi 24 min tələbənin təhsil haqqının ödənilməsi nəzərdə tutulur”.