Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-14 10:54:00
Buraxılış və qəbul imtahanları yalnız bu tarixlərdə keçirilə bilər - TƏHLİL

 

 

“20 apreldən ölkədə karantin rejimi ləğv edilərsə,- düşünmürəm ki, ləğv edilsin-, ondan 2-3 gün sonra DİM  ərizə qəbulunu başlada bilər”.

 

AzEdu.az xəbər verir ki,  bu fikirləri qəbul və buraxılış imtahanları ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi deyib. O, imtahanlarla bağlı çoxsaylı suallara aydınlıq gətirib:

 

“Məlum olduğu kimi,  ali məktəblərə və 11 illik təhsil bazasından kolleclərə qəbul üzrə ərizə qəbulu təxirə salındı.  Ərizə qəbulu ən azı 1 ay müddətində həyata keçirilən prosesdir. Ona görə də 20 apreldən ölkədə karantin rejimi ləğv edilərsə (düşünmürəm ki, ləğv edilsin), 2-3 gün sonra, ən geci 25 apreldən etibarən DİM ərizə qəbulunu başlada bilər. 

 

Belə olan halda 25 apreldən 20 maya qədər ərizə qəbulu aparıla bilər. Amma may ayının 11-i və 17-si ali məktəblərə bloklar üzrə qəbul imtahanlarının keçiriləcəyini nəzərə alsaq, deməli, ərizə qəbulunun vaxtı bir qədər də yaxın tarixə, yəni 25 aprel-5 may aralığı aparılmalıdır.  Bu isə mümkün deyil. Həm də yerdə qalan 6 gün ərzində (11 may imtahanına qədərki dövr) buraxılış vərəqlərinin çapı da qeyri-mümkündür”.

 

Onun sözlərinə görə  qəbul imtahanlarının may ayında keçirilməsi mümkün deyil:

 

“Qeyd olunan səbəblərə görə  11 və 17 may tarixlərindəki  blok imtahanları təxirə salınacaq.  Ərizə qəbulu böyük ehtimalla may ayında yekunlaşacaq. Konkret buraxılış və qəbul imtahanları yalnız iyun və iyul aylarında həyata keçirilə bilər.
O vaxta kimi Dövlət İmtahan Mərkəzi tərəfindən yalnız digər bölmələrə Azərbaycan dili üzrə imtahan keçiriləcək. Bu imtahanın isə onlayn formada keçirilməsi nəzərdə tutulur”.