Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-10 10:12:00
UNEC brendi artıq Xorvatiyada da tanınır  

Aprelin 8-də UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendi kimi Xorvatiyada qeydiyyata alınıb.

Beləliklə, UNEC brendi artıq 6 xarici ölkədə tanınır və qısa vaxtda Avropanın daha 8 ölkəsində onun qeydiyyata alınması üçün zəruri işlər tamamlanıb.

UNEC-dən AzEdu.az-a bildirilib ki, universitetlərin beynəlmiləlləşməsi və bu sek¬torda baş verən qlobal trendlər ali təhsil müəssisələri arasında güclü rəqabət mü¬hitinin yaranmasına gətirib çıxarıb. Digər sahələrdə olduğu kimi, uni¬ver¬si¬tet¬lər arasında da güclü rəqabət on¬ların brendləşməsini zərurətə çevirib.

Azərbaycan Dövlət İqtisad Universitetində də bu istiqamətdə uğurlara imza atılır. UNEC brendi öz əhatə dairəsini gündən-günə genişləndirməklə 2018-ci ildə ilk dəfə Türkiyədə, daha sonra isə Avropanın 4 ölkəsində - Polşa, Slovakiya, Latviya və Litvada qeydiyyata alınıb.