Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-28 14:22:00
Gizli koronavirus hesabatı üzə çıxdı: 1 milyon insan öləcək

Almaniya koronavirusla mübarizə ilə bağlı gizli hesabat hazırlayıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə "Der Spiegel" nəşri yazıb.

 

Nəşrin məlumatına görə, Daxili İşlər Nazirliyinin hazırladığı gizli hesabat Kansler Anqela Merkelə təqdim olunub.

 

Hesabatda iki ay ərzində izolyasiya tədbirlərinin davam etdirilməsi və ən pis ssenarinin qarşısını almaq üçün Cənubi Koreya kimi maksimim dərəcədə koronavirus testinin keçirilməsi təklif olunur.

 

Hedabatda qeyd olunur ki, 13 apreldən etibarən hər gün ən azı 100 min test keçirilməli, aprelin sonunda bu rəqəm 200 minə qədər artırılmalıdır.

 

"İzolyasiya tədbirləri davam etdirilməsə, test keçirərək, virusa yoluxmuş insanlar tapılmasa və təcrid olunmasa əhalinin 70 faizi xəstələnəcək, 1 milyondan çox insan öləcək", - hesabatda bildirilir. (Publika.az)