Azedu.az

Üç yaşlı sərnişin uçuşun təxirə salınmasına səbəb olub

Maraqlı

9 Avqust 2026, 11:25
Üç yaşlı sərnişin uçuşun təxirə salınmasına səbəb olub

Kanadanın "Porter Airlines" aviaşirkətinin reysində üç yaşlı qızın təhlükəsizlik kəmərini bağlamaqdan imtina edərək isterika yaşaması səbəbindən bütün sərnişinlər terminala qaytarılıb. Hadisə Kanadanın Britaniya Kolumbiyası əyalətindəki Viktoriya Beynəlxalq Hava Limanından havaya qalxmağa hazırlaşan reysdə baş verib.

AzEdu.az xəbər verir ki, bu barədə "CTV News" məlumat yayıb.

Aviaşirkətin nümayəndələrinin sözlərinə görə, üç yaşlı qız oturacağın üstünə çıxaraq valideynlərinin təkidinə baxmayaraq təhlükəsizlik kəmərini bağlamaqdan qəti şəkildə imtina edib. Göyərtə bələdçiləri yaxınlaşanda uşaq digər sərnişinlərin gözü qarşısında yüksək səslə ağlayaraq isterika keçirib.

Vəziyyəti reysin gec saatda planlaşdırılması daha da çətinləşdirib. Təyyarə gecə saat 01:00-də uçmalı idi. Nəticədə bütün sərnişinlər terminala qaytarılıb və uçuşu 10 saatdan çox gözləməli olublar.

"FlightAware"in məlumatına görə, təyyarə yerli vaxtla saat 10:49-da havaya qalxıb və bir neçə saat sonra Torontoya çatıb.

Hadisədən narazı qalan sərnişinlər aviaşirkəti məhkəməyə verməklə hədələyirlər. Uşağın ailəsinə qarşı hansı tədbirlərin görüldüyü açıqlanmayıb.

Paşinyandan Rusiyanı dəli edən çıxış - Bakıya mesaj göndərdi
Son xəbərlərDaha çox