Yeni öyrənilən mürəkkəb informasiyaların (xarici dil, kodlaşdırma və ya ağır fənlər) uzunmüddətli yaddaşa köçürülməsi ilə bağlı neyroalimlər diqqətçəkən nəticə əldə ediblər.
AzEdu.az xəbər verir ki, "Brain Sciences" jurnalında dərc olunan tədqiqata əsasən, intensiv təhsildən dərhal sonra keçirilən 15-20 dəqiqəlik tam sakitlik məlumatın yaddaşda qalma faizini kəskin artırır.
Alimlər müəyyən ediblər ki, öyrənmə prosesindən sonra heç bir telefon, musiqi və ya vizual qıcıqlandırıcı olmadan keçirilən bu qısa fasilə beynin hipokampal neyron zəncirlərini bərpa edir. "Rəqəmsal pauza" adlandırılan bu metod informasion yükün uzunmüddətli yaddaşa köçürülməsində bəzi dərmanlar və ya uzunyuxu kadar effektiv nəticə verir.
Mütəxəssislər bildirirlər ki, dərslərdən dərhal sonra sosial şəbəkələrə girmək və ya başqa vizual məzmunlarla beyni yükləmək öyrənilən yeni məlumatların yaddaşda möhkəmlənməsinə mane olur.